Qubada əxlaqsızlıq yuvası və gizli qumarxana aşkarladı - VİDEO

16:28 26-04-2021 198

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında əməliyyat keçirilib. Rayon ərazisində əxlaqsızlıq yuvası və gizli qumarxana təşkil edən şəxslər saxlanılıb.

Polisin keçirdiyi əməliyyat zamanı 22 nəfər tutulub. Onlardan dörd nəfəri məhkəmənin qərarı ilə 20 günlük həbs edilib. 18 nəfər barəsində inzibati protokol tərtib edilib. Faktla bağlı araşdırma aparılır.