Səhiyyədə korrupsiya halları: Nazirlik kənara çəkilə bilməzdi – VİDEO

16:37 26-04-2021 189

Səhiyyə sahəsindəki bəzi rəhbər şəxslərin korrupsiyaya yol verməsi təəssüflər olsun ki, bu sahənin inkişafı üçün dövlət tərəfindən görülən tədbirləri kölgə altında qoyur. Belə hallara nəzarət etməli olan Səhiyyə Nazirliyi də buna görə böyük məsuliyyət daşıyırdı və yaxasını kənara çəkə bilməzdi.

Bunu ARB24-ün “Nə baş verir?” verilişində səhiyyə sistemində başladılan islahatlara münasibət bildirən “Sağlamlıq” İB-nin sədri Anar Xəlilov deyib.

O bildirib ki, Səhiyyə nazirinin işdən çıxarılması bu sahədə idərəetmənin yenilənməsinə xidmət edir:

“Sosial şəbəkələrdə və KİV-də müxtəlif səhiyyə ocaqlarından şikayətlər eşidirdik. Hesab edirəm ki, bu sahədə aparılan kadr islahatları nəticəsində gələcəkdə yeni qanunlar qəbul ediləcək və neqativ hallara nəzarət güclənəcək. Arzu edərdim ki, səhiyyə sahəsinədəki rüşvət və korrupsiya hallarına qarşı nəzarət tədbiri gücləndirilsin və həkimlərin əməkhaqqı məsələsi ilə bağlı nazirlik təkliflər hazırlayaraq, hökumətə təqdim etsin.

Bundan başqa, dünyanın nüfuzlu universitetlərində tibb sahəsi üzrə təhsil alan gənclərimizin Azərbaycanda işlə təmin edilməsi əsas prioritet olmalıdır”.