Şəmkirin icra başçısı və müavini saxlanılıb: İcra hakimiyyətində əməliyyat keçirilir

16:52 26-04-2021 252

Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində  icra başçısı Alimpaşa Məmmədov, sabiq birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və  Kommunal Müəssisələr Kombinatının rəisi Teymur Hacıyev saxlanılıb.

Qeyd edək ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir. Əlavə məlumat veriləcək.