Fazil Məmmədov həbs olunur? (TƏFƏRRÜAT)

16:57 26-04-2021 243

Sabiq vergilər naziri Fazil Məmmədov üçün həbs təhlükəsi reallaşıb. MillətinSəsi.info-nun məlumatına görə, Fazil Məmmədova yaxınlığı ilə seçilən şəxslərin təhqiqatlara məruz qalması sabiq nazir üçün böyük başağrısına çevrilib.

Söhbət Londonda gizlənərək, Azərbaycanda hüquq-mühafizə orqanlarının suallarından yayınacağını düşünən Qafar Qurbanovun qaranlıq əməllərindən gedir.

Məlumat üçün bildirək ki, onun adı sabiq vergilər naziri Fazil Məmmədovun pullarını ofşorlara daşımaqda hallanır.

Bu işdə isə onun əsas yardımçılarından biri Səbinə Şükürovadır. (indiki familiyası Sabina Derdiyok) Səbinə Şükürova Qafar Qurbanovun köməkçisi olmaqla yanaşı "Ataholdinq”in əməkdaşı olmuşdur. Qafar Qurbanov Azərbaycana gəlməyincə Səbinə Şükürova ilə bağlı da suallar yarandı. Hazırda isə bu işlə bağlı Fazil Məmmədova bağlılığı şübhə doğurmayan "Atabank”ın rəhbərliyi və şöbə müdirlərinin təhqiqatı başa çatıb.

"Atabank”ın bağlanmasından sonra buradakı pulların müəmmalı şəkildə "yoxa çıxması” xüsusilə diqqət çəkir və bu işdə də əslən Şəmkirin Dəllərcəyir kəndindən olan Qafar Qurbanovun adı hallanır.

Qafar Qurbanovun ətrafında təhlükəli dairənin getdikcə daralması isə sabiq vergilər naziri Fazil Məmmədov üçün heç də xoş perspektiv vəd etmir. Belə ki, Qafar Qurbanov Fazil Məmmədovun ən etibarlı adamı olmaqla, onun "sirr boxçası” kimi tanınıb. Qafar Qurbanovun qardaşı Samir Qurbanov isə Fazil Məmmədovun şəxsi mühafizəsinə rəhbərlik etmişdir.

Qafar Qurbanov eyni zamanda "Atabank" Müşahidə Şurasının üzvü olub. Onun hələ nazirin köməkçisi olduğu zamanlardan tez-tez Londona səfərləri baş verirdi.

Dünən Qafar Qurbanova aid olan 90 AA 041 nömrəli Range Rover Fazil Məmmədovun evi və ofisinin olduğu Yeni Həyat Kompeksində görünməsi Qafar Qurbanovun istintaq üçün Azərbaycana gətirildiyi versiyasını gücləndirir.

Bu gün isə Fazil Məmmədovun digər yaxın adamı və qohumu, Şəmkirin icra başçısı olan Alimpaşa Məmmədovun həbsi Fazil Məmmədovla bağlı halqanın daraldığını göstərir.

Mənbə Sfera.az