Hüseynbala Mirələmov Ağsaqqallar Şurasından və YAP-dan çıxarılacaq?

17:20 26-04-2021 270

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovla bağlı internetdə yayılan qeyri-etik video barədə müzakirələr bitmir.

MillətinSəsi.info xəbər verir ki, sosial şəbəkələrdəki müzakirələrdə 76 yaşlı sabiq deputatın ağsaqqal adına yaraşmayan əməli - xanım köməkçisinə qarşı qeyri-əxlaqi hərəkəti qınanılır.

Hüseynbala Mirələmovu qınayanlar eyni zamanda, Azərbaycan Ağsaqqallar Şurasından da hadisəyə susqun qalmaqda narazılıq edirlər.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Modern.az-a açıqlamasında məsələyə sərt münasibət bildirib.

Eldar Quliyev deyib ki, belə bir hadisə həqiqətən baş veribsə, Hüseynbala Mirələmovun yerinə xəcalət çəkir: “Sosial şəbəkədə görüntüləri gördüm, amma nə qədər düzgündür və ya yanlışdır deyə bilmərəm. Bunu araşdırmaq, daha sonra bu barədə fikir irəli sürmək lazımdır.

Bilirsiz ki, bu dövrdə texnikanın inkişafı ilə çox hadisələr etmək olar. Videonu görəndə hansısa montaj olduğunu hiss etmədim. Yenə də araşdırmaq mütləqdir. Hüseynbala müəllimlə işlədiyimiz müddətdə mən onun heç zaman belə bir hadisələr etməsilə qarşılaşmamışam. Özü də ziyalı, alim adamdır. Əgər belə bir hadisə həqiqətən baş veribsə, mən onun yerinə utanıb xəcalət çəkirəm. Çünki belə bir yaşda bu cür hərəkət etməsi düzgün olmaz.

Hadisənin düzgünlüyü təsdiqlənsə, bu barədə Ağsaqqallar Şurası tərəfindən də ciddi tədbirlər görüləcək. Texnika o qədər inkişaf edib ki, insan nəyin doğru, nəyin yanlış olduğunu da bilmir.

Hüseynbala Mirələmovla əlaqə saxlamamışam. Yəqin ki, bu hadisə həqiqət olsa da deyəcək “mən elə bir şey etməmişəm”. Gözləyək, araşdırılsın, həqiqət sübuta çıxarılsın daha sonra nəticəyə uyğun tədbir görülər”. 

Şuranun sədr müavini, deputat Eldar İbrahimov isə sözügedən hadisənin Ağsaqqallar Şurasına aidiyyəti olmadığını vurğulayıb: “Bəlkə bu haqda danışmayaq? Bu məsələnin Ağsaqqallar Şurasına aidiyyəti yoxdur. Mən Hüseynbala Mirələmovla yaxın olmuşam, dost olmuşam. Gəlin, bu məsələni məndən soruşmayın. O video sonradan düzəltmədir, montajdır. Zəlzələdən, vəlvələdən... olubdur...”.

YAP İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov baş verənlərlə bağlı fikirlərini sherg.az-a açıqlamasında belə deyib: “Əlbəttə, bütün bunlar təəssüfləndirici haldır. Məsələ ilə bağlı artıq YAP-ın mətbuat xidmətindən açıqlama verilib. Mən də sosial şəbəkələr üzərindən həmin videonu izləmişəm. Hüseynbala müəllim ziyalı insandır, yazıçıdır, vaxtilə millət vəkili olub. Bu baxımdan baş verənlər olduqa üzücüdür. Hər halda sosial şəbəkədə yayılan bu video ilə bağlı YAP-ın müvafiq qərarı olacaq”.

Maraqlıdır, H.Mirələmov YAP-dan çıxarıla bilər?

Mövzu barədə Yenisabah.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlqeyd edib ki, partiyanın rəsmi mövqeyini gözləmək lazımdır: “Düşünürəm ki, bu barədə partiyanın rəsmi mövqeyini gözləmək lazımdır. Artıq partiya ilkin açııqlama verib və bununla bağlı partiyanın nə cür addım atacağını görəcəyik”.