Bakıdakı “sirli ünvana” bu dəfə 47 min manat getdi - MÜƏMMA

17:22 26-04-2021 270

Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan “Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Pərivan” MMC (VÖEN-1006771241) olub.
“Gənclərin İnkişaf və Karyera Mərkəzi” yeni açılacaq region nümayəndəlikləri ilə bağlı tədbirlərin təşkili və malların alınması üçün “Pərivan” MMC-yə 46 min 640 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, 46,6 min manatlıq tender müsabiqəsinin qalibi olan “Pərivan” MMC cəmi 4 ay əvvəl – dekabr ayının 8-də dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 20 manat olan “Pərivan” MMC -nin hüquqi ünvanı “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90”-da yerləşir. Qanuni təmsilçisi isə İbrahimov Şəmsəddin Bəhram oğludur.

Maraqlı məqamlardan biri də odur ki, ötən ilin iyul-dekabr aylarında “Pərivan” MMC-nin  dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub. Belə ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda dövlət qeydiyyatına alınan “Pərivan” MMC -nin qanuni təmsilçisi İbrahimov Şəmsəddin Bəhram oğlu eyni zamanda “Balxas”, “Myanmar” və “Komor-2020” MMC-lərin də rəhbəri olub.

Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də (əsasən coğrafi adlar) bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb.

Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi 3-4 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Onu da qeyd edək ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanında qeydiyyatda olan şirkətlərdən bir çoxu dövlət qurumları tərəfindən keçirilən çoxsaylı tenderlərin qalibi olurlar.


İyul-dekabr aylarında “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda qeydə alınan şirkətlər bunlar olub:

Adı

Ünvan

Nizamnamə kapitalı

Qanuni
təmsilçi

Qeydiyyat
tarixi

"Oşuma-2020”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26.

20 manat

Təhməzov Elnur İbrahim

04.06.2020

"Dənizli”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Əbilov Rolan Əhsən

06.07.2020

"Yolova”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Əbilov Rolan Əhsən

06.07.2020

"Yenıera”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Əliyev Fərid Muxtarpaşa

08.07.2020

"Maskat-LM”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Əliyev Fərid Muxtarpaşa

10.07.2020

"Netgear-2020”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

10 manat

Mansurov Rasul Eldəniz

13.07.2020

"Reliance-2020”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

10 manat

Mansurov Rasul Eldəniz

13.07.2020

"Vankuver”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Abbasov Əli Fizuli

14.07.2020

"Ncamena”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Abbasov Əli Fizuli

14.07.2020

"Tonota”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

10 manat

Səmədov Bayram Salman

17.07.2020

"Tamaqa”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

10 manat

Səmədov Bayram Salman

17.07.2020

"Kuala-2020”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Səmədov Səməd Salman

20.07.2020

"Petra-2020”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Səmədov Səməd Salman

20.07.2020

"Bolıvıya”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Abbasov Elməddin Xaləddin

28.07.2020

"6ES04Y4”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Abbasov Elməddin Xaləddin

28.07.2020

"Samoa-LM”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

10 manat

Quliyev Nicad Vaqif

28.07.2020

"Uqanda”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

10 manat

Quliyev Nicad Vaqif

29.07.2020

"Lesoto”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Hacızadə Vüsal Xaliq

04.08.2020

"Malavı”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Hacızadə Vüsal Xaliq

04.08.2020

“Bazarçay”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Ağayev Fuad Ələddin

13.08.2020

“Anabar”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Ağayev Fuad Ələddin

13.08.2020

“Atray”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Əhədov Səmədağa Vəli

4.09.2020

“Barfonq”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Əhədov Səmədağa Vəli

4.09.2020

“Balxas”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

İbrahimov Şəmsəddin Bəhram

8.12.2020

“Pərivan”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

İbrahimov Şəmsəddin Bəhram

8.12.2020

“Myanmar”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

İbrahimov Şəmsəddin Bəhram

9.12.2020

“Komor-2020”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

İbrahimov Şəmsəddin Bəhram

9.12.2020

“Aqraxan”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Həsrətov Azər Möhtərəm

21.12.2020

“Bukıt 2020”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Həsrətov Azər Möhtərəm

21.12.2020

“Dolles”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Həsrətov Azər Möhtərəm

21.12.2020

“Kanıd-Group”

Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90

20 manat

Həsrətov Azər Möhtərəm

21.12.2020

 

 

Mənbə Yeniavaz.com