Azərbaycan ordusunun üç generalı ehtiyata göndərildi

17:26 26-04-2021 171

Azərbaycan ordusunun 3 generalı ehtiyata göndərilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yaylıb

Bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev təqaüdə göndərilib.

Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, general-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyev yaşa görə ehtiyata buraxılıblar.