Yeni tikililərdə fırıldaq: Çıxarışdakı rəqəmlə müqavilədəki niyə üst-üstə düşmür? - VİDEO

17:43 26-04-2021 153

Mənzil tikinti kooperativləri (MTK) bir çox hallarda mənzilləri vətəndaşlara ümumi faydalı sahə ilə deyil, tikintialtı sahə ilə satırlar. Nəticədə vətəndaş evin tikinti altında qalan hissəsinə də pul ödəmiş olur. Vətəndaşlar isə evin çıxarışını aldıqdan sonra bu haldan xəbərdar olur. 

Belə ki, illərlə arzuladığı mənzilə sahib olan şəxslərə mənzil çöl divarları hesablanmaqla satılır. Lakin, mənzilə çıxarış alarkən məlum olur ki, otaqların ölçüsü MKT tərəfindən təqdim edilən müqavilədəkindən azdır. Beləliklə iş-işdən keçəndən sonra vətəndaş aldadıldığını görür.

Düzdür mənzil tikinti kooperativləri bunu ümumi sahəyə görə vergi ödəmələri ilə əlaqələndirir. Odur ki, belə hallarla qarşılaşmamaq üçün mənzil alqı-satqısı zamanı müqavilədə evin sahəsinin necə hesablandığını dəqiqləşdirmək lazımdır.

Ətraflı süjeti təqdim edirik: