Gəlmə ölüm

18:37 26-04-2021 252

 

Nə qazandım bu həyatdan ,
Gəlmə ölüm ,gəlmə hələ.
Doymamışam yaşamaqdan,
Gəlmə ölüm, gəlmə hələ.

Yarım qalıb arzularım,
Pozulubdu yuxularım.
Ərşə qalxıb ahu zarım,
Gəlmə ölüm gəlmə hələ.

Övlad toyu görməmişəm,
Nəvə barı dərməmişəm.
Zaman ötür bilməmişəm ,
Gəlmə ölüm,gəlmə hələ.

Ömür yoldur,əcəl qatar,
Bilməzdim belə tez çatar.
Gözü yolda qalanım var ,
Gəlmə ölüm,gəlmə hələ.

Əllərinə dəymir əlim,
Hər gün axır gözdən selim.
Yanmışam qalıbdı külüm
Gəlmə ölüm,gəlmə hələ.

Hər zirvənin dumani var,
Ölüm haqsa,amanı var.
Hər şeyin öz zamanı var ,
Gəlmə ölüm..gəlmə hələ .

Arzuma çatmasam " ölləm"
Bir ömrü mənasız billəm.
Çatsam özüm sənə gəlləm,
Ģəlmə ölüm, gəlmə hələ.

Müəllif; Mələk Əliqızı