Sən nə bilirsən ki ,nə çəkirəm mən.

18:40 26-04-2021 261

Sən nə bilirsən ki.,nə çəkirəm mən.


Dikib pəncərəyə iki gözümü 
Xəyal dünyasında itib gedirəm. 
Mən göz görə görə bu gen dünyada 
Kiçik bir cümlə tək bitib gedirəm.

Axı nə bilirsən nə çəkirəm mən 
Dərdimdən , sərimdən yoxdu xəbərin. 
Öz kiçik dünyamda qısılıb qalıb 
Əsiri olmuşam dərdin,kədərin .

Həsrət  çəmbəridi ayrılıq gülüm 
Dartır acımadan özünə məni.
Mənim çəkdiklərim öz günahımdı 
Tanrı qoy günahdan qorusun səni.


Sən nə bilirsən ki, səhərə kimi 
Fikirlər içində boğulmaq nədir.
Ölmüş bir sevginin son ümüdüylə
Yenidən sabaha doğulmaq, nədir.

Sən nə bilirsən ki, nə çəkirəm mən?
Yaşamaq budursa, yaşayıram mən.
Çiynimdə bir ağır yükdü sevdamız,
Bu böyük günahı daşıyıram mən.

Müəllif; Mələk Əliqızı