“EuroHome”un direktoru həbs edilib

19:42 27-04-2021 189

“EuroHome” tikinti materialları bazarının direktoru Samir Məmmədov hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. 

Paralel.az xəbər veir ki, bu barədə unikal.org məlumat yayıb. Bildirilib ki, o, yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozduğuna görə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs edilib.

Xatırladaq ki, sonuncu dəfə 12 may 2020-ci il tarixində Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın hadisəsi baş vermişdi.

Qeyd edək ki, “EuroHome”un sahibi Azay Möhnətovdur.