Milli Televiziya və Radio Şurasına yeni sədr təyin edildi

18:11 29-04-2021 225

Prezident İlham Əliyev Mübariz Ağali oğlu Əsgərovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Mübariz Ağali oğlu Əsgərov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilir.

Qeyd edək ki, M.Əsgərov 1962-ci il yanvarın 20-də Ucarda anadan olub.
O, Moskva Dövlət Universitetinın Jurnalistika (Radio və Televiziya) fakültəsini fəxri (qırmızı) diplomla bitirib. 2015-ci ildə Əməkdar jurnalist adına layiq görülüb.


M.Əsgərov 1992-1998-ci illərdə AzTV-də və 1998-ci ildən ANS TV-də lahiyə rəhbəri vəzifəsində çalışıb. "Qulp" satirik telelayihəsinin, "Mübarizə" və "Xalq şairi" verilişlərinin müəllifi olub. Sonralar Xəzər TV və ARB TV-də "Rezonans" verilişinin müəllifi və aparıcısı olub.

Bir neçə sənədli filmin müəllifidir. "Qulp Studio" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. "Obyektiv Milli Dəyərlərin təbliğinə dəstək" İctimai Birliyinin sədridir.