Nazir Azad Rəhimov vəfat edib?

20:10 29-04-2021 252

ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəfat etməsi ilə bağlı xəbər yayılıb. Unikal.org-a istinadən xəbər verir ki, nazir müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

MillətinSəsi.info xəbər verir ki, qafqazinfo.az məlumatı dəqiqləşdirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb. O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.