Azad Rəhimov Bakıya gətirildi

13:47 30-04-2021 243

Bir müddətdir ABŞ-da müalicə alan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıya gətirilib. 

Sfera.az xəbər verir ki, 56 yaşlı nazir paytaxtda özəl xəstəxanalardan birinə yerləşdirilib. Koma vəziyyətində olan Azad Rəhimov süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir, yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı.


Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub.

1981-ci ildə məktəbdə orta təhsilini bitirib və həmin il Azərbaycan Dillər Universiteti nin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub.

Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb.

1986-cı ildə Azərbaycan Dillər Universiteti nin ingilis dili fakültəsinin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub.

1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri vəzifəsində işləyib.

1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 

1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru olub.

1998-ci ildən7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

2005-ci ildən Azərbaycan İdman Rəqsləri Federasiyasının Prezidentidir.

2006-cı ildə Azərbaycan Respublikası gənclər və idman naziri təyin olunub.