“Azərişıq” ASC 3 şirkət ilə 6,2 milyon manatlıq müqavilə imzaladı

21:37 30-04-2021 153

“Azərişıq” ASC tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub.

Yeniavaz.com açıqlanan məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibləri “Aran Tikinti - Quraşdırma” MMC,  “Estet” MMC və “Original Motors” MMC olub.

“Aran Tikinti - Quraşdırma” MMC “Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 35/6 kV-luq 2x16 MVA gücündə "91" saylı YS-nın əvəzinə 2x40 MVA gücündə 110/35/6 kV-luq yeni yarımstansiyanın tikintisi işlərinin satın alınması” məqəsdilə ASC-dən 1 milyon 271 min 520 manat 49 qəpik, “Estet” MMC “Yarımstansiyalar arasında bağlantıların qurulması üçün Şükürbəyli- Hadrut- Şuşa istiqamətində fiber optik (48 lifli) kabelin çəkilməsi və rabitə sisteminin keyfiyyətini və dayanaqlılığını artırılması üçün iki nüvəli ATS-in qurulması işlərinin satın alınması” məqəsədilə ASC-dən 1 milyon 999 min 406 manat 87 qəpik, “Original Motors” MMC isə “Müxtəlif növ ağır avto mexanizimlərin satın alınması” məqəsdilə ASC-dən 2 milyon 952 min 203 manat 6 qəpik vəsait alacaq.
“Azərişıq” ASC-nin 3 şirkətə ödəyəcəyi ümumi məbləğ cəmi 6 milyon 223 min 129 manat olacaq.