Sahil Babayev nazirliyin rəsmi internet səhifəsinin yeni dizaynına 33 min manat xərcləyəcək

21:40 30-04-2021 261

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Nazirliyin “Beynəlxalq standartlara uyğun rəsmi internet səhifəsinin “sosial.gov.az” yeni dizaynda yaradılması işlərinin satın alınması” məqsədilə keçirilən tender müsabiqəsinin qalibi “Safaroff CA” MMC (VÖEN - 1402764511) olub. Nazirlik qeyd olunan xidmət üçün qalib şirkətə 33  min manat vəsait  ödəyəcək.

Məlumat üçün bildirək ki, “Safaroff CA” MMC 03.03.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimil rayonu, M.Qasımov, ev 10, m. 29” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Xalikov Aqşin Yaşar oğludur.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbəri Sahil Babayevdir.  2018-ci ilin aprelin 21-də prezident İlham Əliyevin sərəncamı ilə Sahil Rafiq oğlu Babayev yeni kabinetdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Sahil Babayev əvvəlki kabinetdə İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.