C.Bayden Türk dünyası ilə münasibəti zədələdi

21:55 30-04-2021 252

Əsassız "soyqırım" ifadəsi ABŞ-a fayda verməyəcək

Amerika ictimaiyyəti prezidentin ifadəsini dəstəkləmədi

Dünya erməni lobbiləri və Ermənistan hər il aprel ayının 24-nü saxta "erməni soyqırımı" günü kimi qeyd edirlər. Ermənilərin iddiasına görə, 1915-ci ildə Osmanlı Türkiyəsi 1,5 milyon ermənini məhv edib. Əvvəla, həmin vaxt, yəni 106 il bundan əvvəl erməni millətindən olan insan Türkiyədə nə qədər idi ki, onların da 1,5 milyonu öldürülüb?! Maraqlıdır, ermənilər o zamankı statistikanı hansı üsulla aparıblar?! Ümumiyyətlə, 1915-ci ildə əhalinin siyahıya alınması ilə məşğul olan beynəlxalq və dövlət qurumları mövcud idimi, bax, bu sual doğuran ən vacib məqamdır.

Amma Türkiyə dövlətinin dəqiq hesablamasına görə, ermənilər 1915-ci ildə 124 mindən çox türkü qətlə yetirib! Ermənilərdən və "erməni soyqırımını" tanıyan ölkələrdən, o cümlədən ABŞ prezidenti C. Baydendən fərqli olaraq, ermənilərin qətlə yetirdikləri türk millətindən olan insanların qeyd etdiyim sayı Türkiyə dövlətinin yetgililəri tərəfindən təsdiq edilib.

Qardaş Türkiyə 1915-ci ildə "erməni soyqırımı"nın baş vermədiyini və bu saxta ittihamın ermənilərin və dünyada formalaşmış türk düşmənlərinin uydurması olduğunu tarixi dəlil və faktlarla çoxdan sübut edib. Lakin əllərində heç bir dəlil və sübut olmadan xristian ölkələrinin, həmçinin ABŞ prezidenti C. Baydenin "erməni soyqırımı" ifadəsini işlətməsi və "böyük fəlakət" adlandırması kökündən yanlışdır. Və xristianların müsəlman aləminə, Türkiyəyə və bütövlükdə TÜRK DÜNYASINA qarşı əsrlərdən bəri həyata keçirdiyi sistemli və davamlı düşmənçilik siyasətidir.

ABŞ prezidentinin saxta "erməni soyqırım" ifadəsini işlətməsi, təkcə qardaş Türkiyə dövləti tərəfindən deyil, eyni zamanda, Azərbaycan, Pakistan, dünyanın islam-türk cameəsini birləşdirən bütün dövlətlər tərəfindən nifrət və hiddətlə qarşılanıb. Aprelin 24-də qardaş Türkiyə dövlətinin prezidenti R.T. Ərdoğana ilk telefon açan prezident İ. Əliyev Azərbaycanın hər zaman olduğu kimi qardaş Türkiyənin yanında olduğunu bildirib və ABŞ prezidentinin "erməni soyqırımı" ifadəsini işlətməsinin qəbuledilməz olduğunu deyib. Türkiyə prezidenti məsələ ilə bağlı kabinə toplantısının sonundakı ilk açıqlamasında Azərbaycan prezidentinin İlham Əliyevin zəng etməsini dilə gətirib və səmimi qardaşlıq nümayiş etdirdiyinə görə, təşəkkü-rünü bildirib!

Qardaş Türkiyə dövlətinin prezidenti R.T. Ərdoğan ABŞ prezidentinin saxta sərsəm "erməni soyqırımı" ifadəsini səsləndirməsini Türkiyə-ABŞ münasibətlərini zədələdiyini deyib. C. Baydenin ötən il keçirilən prezident seçki kampaniyasında ABŞ-dakı erməni lobbisinin təsiri altına düşdüyünü və onlara verdiyi vədi yerinə yetirdiyini bildirib. Türkiyənin ABŞ-la birləşdiyi NATO-da hərbi müttəfiq olduğunu xatırladan Türkiyə prezidenti C.Baydenin soyqırımı tanımasını böyük səhv və  yanlış adlandırıb. Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan Xocalıda, Qrabağda və ətraf rayonlarda ermənilərin türklərə qarşı törədiyi soyqırım ünvanını haqq olaraq ABŞ prezidentinə göstərib!

Ən çox soyqırımlar törədən dövlət kimi dünyada tanınan ABŞ dövlətinin prezidentinin "erməni soqırımını" tanıması absurddur! ABŞ-ın XIX-XX əsrlərdə və hazırda dünyanın bir çox dövlətlərinə qarşı təcavüz siyasəti həyata keçirdiyi, Asiya, Afrika, Mərkəzi və Cənubi Afrika xalqlarını dəfələrlə soyqırıma məruz qoyması faktı da dünya ictimaiyyətinə yaxşı bəllidir. Ona görədə ABŞ prezidentinin soyqırımdan danışmağa hüquqi və mənəvi haqqı yoxdur! Bəlkə, ABŞ prezidenti 1946-cı ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atdıqlarını, Vyetnamda uzunmüddətli müharibə nəticəsində milyonlarla insanı qətlə yetirdiklərini, dünyanın çeşidli ölkələrinin sərvətlərini sümürmək üçün soyqırımlar törətdiklərini unudub?!

Əgər C.Bayden doğrudan da, dünyada baş vermiş soyqırımların əleyhinədirsə, o zaman ilk növbədə prezidenti olduğu ABŞ-ın 300 il əvvəl ölkəsində, sonra isə dünyada törətdiyi çoxsaylı soyqırımlara və milyonlarla insanın qırılmasına görə, dövlətinin daşıdığı cinayət məsuliyyətini xatırlasın!

ABŞ prezidentinin "erməni soyqırımı"nı tanımasının hüquqi baxımdan heç bir əsası yoxdur. Çünki istənilən xalq soyqırımda suçlu saydığı dövlətdən təzminatı tələb etmək üçün baş vermiş soyqırım faktının məhkəmə qərarı ilə təsdiq olunmuş hökmü lazımdır. Yəqin faşist Almaniyasının yəhudilərə qarşı törətdiyi Holokosta soyqırımının Avropa Məhkəməsi tərəfindən mübahisələndirilməsi və soyqırım faktını əks etdirən sənədlərə əsasən hökm çıxarıldığını, həmin hökmə görə, hazırda Almaniyanın İsrailə hər il təzminat ödədiyindən hamının məlumatı var. Amma ABŞ prezidentinin tanıdığı "erməni soyqırımı"nı təsdiq edən tarixi sənədlər yoxdur və bu iddia tam yalan və qondarma olduğuna görə, qardaş Türkiyə üçün heç bir cavabdehlik və məsuliyyət yaratmır.

Ona görə də, ABŞ prezidenti C. Baydenin "erməni soyqırımı"nı tanıması heç bir fakta və dəlilə soykənmir. Sadəcə, soyqırım ifadəsi, ataların dediyi kimi, "milçək bir şey deyil, amma ürək bulandırır" mənasını kəsb edir və bu da iki dövlət arasında və türk dünyası ilə mövcud olan işgüzar münasibəti zədələyir!

ABŞ prezidentinin soyqırımı tanıması heç də tək ermənilərə verdiyi vədə əməl etməsi anlamında başa düşmək olmaz, bu, həm də dünyanın bir sıra dövlətlərinin Türkiyəyə qarşı düşmənçilik siyasətinin tərkib hissəsidir və qardaş Türkiyənin dünyada sürətlə inkişaf etməsilə artan nüfuzuna yönəlmiş əngəlləmədir.

Hazırda türk dövlətlərinin birliyinin yaranması istiqamətində Türkiyənin birləşdirici gücə çevrilməsi inkişaf etmiş xristian ölkələrinin narahatlığına gücləndirib. Bu xətt çox aydın şəkildə seçilib və türk dövlətlərini birləşdirən TURANın yaranması ABŞ-ı da ciddi narahat edir. Ona görə də, ABŞ və Avropanın xristian ölkələri Türkiyəyə qarşı təzyiqləri gücləndirmək kursu götürüb-lər. Ancaq bu cür yanlış addımlarla nə qardaş Türkiyənin inkişafının, nə də türk dövlətlərinin birliyinin yaranmasının qarşısını almağın mümkün olacağına inanmıram!...