İkiüzlü ABŞ-ın çoxüzlü prezidenti

22:04 30-04-2021 171

Bir müddət əvvəl qondarma erməni soyqırımını dilə gətirməklə bütün türk dünyasının hiddətinə səbəb olan Amerikanın yeni prezidenti Co Bayden bu ifadəsi ilə ikiüzlü Amerikanın çoxsifətli prezidenti olduğunu açıq şəkildə etiraf etmiş oldu. Eyni zamanda, ermənilərin yalanlarına inanaraq atdığı bu addıma görə türk dünyasının qınağına tuş gələcəyini də ağlına belə gətirmədi. Bununla da bir daha sübut etdi ki, ermənilər heç zaman öz yalanlarını həqiqət kimi ortaya qoymaq fürsətini əldən vermirlər. Özlərinin uydurduqları tarixlərini bütün dünyaya həzm etdirmək üçün istənilən bədnam üsullara belə əl atırlar. Burada əsas diqqətçəkən məqam odur ki, indiyə kimi də bir neçə Amerika prezidentinin özünə rəva bildiyi bu addımı Bayden atdı. Bununla da Amerika siyasətinin riyakarlığını və ikiüzlülüyünü bir daha təsdiqləmiş oldu. Bu, həm də onu deməyə əsas verir ki, bu qocanın ümumiyyətlə tarixdən, heç Amerika tarixindən belə, xəbəri yoxdur. Məhz bu səbəbdən də ermənilərin uydurmalarına inanaraq addım atıb. Əslində, Amerikalı siyasətçilərinin böyük əksəriyyəti öz fəaliyyətləri dövründə türk-müsəlmən toplumuna ikili standartlarla yanaşıblar və bu səbəbdən də ermənilərin qurduqları tələyə düşürlər. Onlar yadlarından çıxarırlar ki, kimisə hansısa əməlində ittiham etməzdən əvvə öz əməllərinə diqqət etməlidir.

Bugün erməni soyqırım ifadəsini o dövlətin başçısı dilə gətirir ki, Amerika qitəsi kəşv olunan gündən burada yaşayan qızıldərililərə qarşı bəşəriyyətdə görünməmiş bir soyqırımı həyata keçirib. Öldürdükləri hər bir qızıldərilinin kəsilmiş başına görə 5 dollar mükafat verib. Qızıldərililərin başlarının dərisini soyub, ondan müxtəlif əşyalar hazırlayıblar. Soyqırımı ifadəsini o dövlətin başçısı dilə gətirir ki, Yaponiyanın Xerosimo və Naqasaki bölgələrində yüzminlərlə insanı məhv edən, milyonlarla insanı şikəst qoyan atom silahını sınaqdan keçirib.

Soyqırımı ifaldəsini o dövlətin başçısı dilə gətirir ki, Vyetnamda, Laosda, Kambodcada və bir çox digər Afrika və Asiya ölkələrində öz ambisiyalarını həyata keçirmək üçün minlərlə, milyonlarla heç bir günahı olmayan insanları qətlə yetirib.

Bayden soyqırımı ifadəsini dilə gətirməklə Amerikanın insanlığa qarşı törətdiyi soyqırımları bir daha insanların hafizəsində canlandırdı.

Amerika siyasiləri isə birmənalı olaraq bütün fəaliyyətləri dövründə bu bəşəri vicdansızlığı, cinayəti gizlədərək, guya dünyaya demokratiya və özgürlük bəxş etdiklərini iddia edirlər.

O ki qaldı erməni həyasızlığına və Baydenin onların bu yalanına inanmasına, burada da heç bir səmimiyyətdən söz gedə bilməz. Yalana o kəslər inanır ki, ona inanmaq istəyir, Bayden kimi. Bayden azacıq da olsa, ermənilərin nə üçün məhz Türkiyə və Azərbaycan ərazilərində kompakt məskunlaşdıqlarını araşdırsaydı, yəqin ki, həqiqəti öyrənmiş olardı. Araşdırmayıb, çünki ermənilərin yalanına inanmaq istəyib. Türk toplumunun ciddi etiraz və təpkisindən sonra isə geri addım atmaq məcburiyyətində qalacağına da heç bir şübhəmiz yoxdur, amma gec olacaq Coooo!

Ermənilərin bütün dünyaya yayılmalarına baxmayaraq, kompakt şəkildə, əsasən Türkiyə və Azərbaycan ərazilərində məskunlaşmalarının əsas səbəbi türk xalqlarının insansevər xüsusiyyətləri ilə bağlıdır. Dünyanın heç bir yerində xoş qarşılanmayan ermənilər, məhz türk xalqlarının torpaqlarında huzur və sığınacaq tapdılar. Aradan onilliklər keçəndən sonra isə türklərin onlara verdiyi torpaqların, onların tarixi torpaqları olması barədə iddiada bulundular və türk toplumuna düşmən kəsildilər. Türklərə qarşı törətdikləri bütün naqis əməllərin, o cümlədən soyqırım faktını türklərin adına çıxaraq, özlərini köməksiz və məzlum xalq kimi qələmə verməyə çalışdılar və bu gün də bu yoldan çəkinmək istəmirlər. Təkcə, onların Xosalıda törətdikləri faciəni göstərmək kifayətdir ki, ermənilərin hansı xislət sahibi olduqlarını bütün dünya görsün. Əslində, bu faktları təkcə Türk və Azərbaycan xalqları deyil, bütün dünya dövlətləri bilsə də, xristian təəssübkeşliyi səbəbindən onlara dəstək verməkdə davam edirlər. Amma bir şeyi yaddan çıxarırlar ki, onlar, əslində xristian dinini belə tanımır, onu qəbul etmir və qriqorian dininə mənsub olduqlarını iddia edirlər.

Sözün qısası, ermənilərin mənşəyi, yaşamı, həyat tərzi, musiqisi, mədəniyyəti də uydurma və yalan olduğu kimi, dinləri də yalandır. Bunlar elə bir məxluqdurlar ki, Allahı belə inkar edərlər ki, onların sözü həqiqət kimi qəbul olunsun. Əslində, edirlər də. Allaha inanan bir toplum bu qədər yalan danışar, bu qədər vəhşiliklər törədər? Əsla mümkün deyil!

Hesab edirəm ki, Baydenin qondarma erməni soyqırımı ifadəsini dilə gətirməsi də, ermənilərin seçkilərdə onu dəstəkləməsinin qarşılığıdır. Ermənilrin seçkilərdə onu dəstəkləməsi nə dərəcədə yaltaqlaq və riyakarlıq idəsə, Baydenin bu riyakarlığı dəstəkləməsi də, bir o qədər yaltaqlıq və ikiüzlülüyun təzahürüdür. Bayden bu addımı ilə dünyanın hər yerində ikrah hissi ilə qarşılanan ermənilərin yanında olmaqla, özünün də nüfuzuna zərbə vurmuş oldu və bütövlükdə türk dünyasının nifrətini qazandı. Çünki hakimiyyətə gəlmək üçün ermənilərin dəstəyindən istifadə edən Bayden, bu addımı ilə həm də onların yalanlarına şərik olmaqla özünün çoxüzlülüyünü göstərmiş oldu.

Əlqərəz, ilanın ağına da, qarasına da lənət olsun!