Ən qatı düşmənçilik...

22:06 30-04-2021 171

Erməni vandallığı

Erməni adı özündə bütün çirkinlikləri əks etdirir, əslində. Taleyin ironiyası da elə bundadır, görün, nə qədər çirkin, mənəviyyatsız, amansız bir məxluqatla, leksikonumuzda yer tutan bütün mənfi sözlərin məcmusu olan erməni ilə müharibə aparmağa məcbur olmuşuq. Belə bir xislətdə olan varlıqlarla düşmən mövqeyində olmağın özü də işin ən çətin tərəfidir. Necə deyərlər, Allah adamı belə düşməni olmaqdan saxlasın...

Bəli, qisasın qiyamətə qalmadığı bir zamanda, hər cür mənfi xislətli düşmənin ayaqda qalmaq üçün “saman çöpü”ndən yapışmasına, su üstündəki köpüyə əl atması kimi nəticəsiz çabalar göstərməsinə də müşahidəçiyik. Və bütün baş verənlərin nədəninin də fərqindəyik...

Dünya da şahidlik etməlidir, zəbt etdiyi torpaqlarımızda illərlə məskunlaşa bilməyən, onu əkib-becərməyən, bir ev tikməyən düşmən yalnız dağıtmaqla, talançılıqla məşğul oldu. Zatən, bacardığı da elə bu idi. İşğal etdiyi torpaq onunku idisə, nədən orda bir ağac əkmədi, bir bina ucaltmadı, yeni kənd-qəsəbə salmadı?! Əksinə, yağmaladığı yerlərdə gözə görünən nə vardısa, uçurub-dağıtdı, yandırdı, yerlə-yeksan elədi. Qurub-yaratmaq əvəzinə, bütün var olanların hamısını yoxa çevirdi. Qüvvəsi çatanı dağıtdı, ölkəsinə daşıdı, amma gücü çatmayanı, apara bilmədiyi əzəli torpaqlarımızı da yarımcan elədi, hər tərəfi minaladı. Və bugünkü məğlubiyyətinə rəğmən, minalanma xəritəsini verməməkdə də israrlıdır. Beləcə, erməni xislətinin daha bir nümunəsi...

Belə nümunələr çoxdur. Bir ucu XX əsrin əvvəllərinə gedib çıxan, digər tərəfi yaxın keçmişimizə bağlı olan, ermənilərin soydaşlarımıza qarşı sərgilədiyi o mənhus səhnələrin, müdhiş soyqırım faktlarının sayı-hesabı yoxdur. Dünyaya, beynəlxalq aləmə çatdıra bildiklərimizdən savayı, erməni vandalizminin araşdırılmayan məqamları var ki, onları üzə çıxarmaq üçün neçə illər gərəkdir. Yəni hələ bilinməyən o qədər dəhşətli fakt, hadisə, qanlı cinayət var ki, onları üzə çıxarıb hesabını soruşmaq üçün uzun müddətə ehtiyac var. Erməni adlı düşməninin olmasının bax, belə bir tərəfi də var - amansız soyqırım faktından tutmuş, ağlagəlməyən, ən qəddar üsullardan istifadə etməklə, insanlıq adına yaraşmayan dəhşətlər, vəhşətlər törətmək...

Belə dəhşətli əməllərin növbəti xəbəri də bugünlərdə verildi. Belə ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində erməni silahlılarının mülki əhaliyə qarşı sərgilədiyi vəhşiliyinin detalları üzə çıxmaqdadır. Mətbuatda gedən məlumata görə, Ermənistan silahlı qüvvələrinin qətlə yetirdiyi şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyən edilməsi faktları üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb və müvafiq istintaq hərəkətləri davam etdirilir.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Azərbaycanın digər rayonları ilə yanaşı, 1993-cü ilin aprel ayının əvvəllərində Ermənistan Silahlı Qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən, həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər. Məlumatda qeyd edilib ki, istintaq materiallarına əsasən, işğaldan əvvəl 259 fərdi yaşayış evi, 1 orta məktəb, 1 uşaq bağçası, 1 xəstəxanası olan Başlıbel kəndi Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri kimi, əhalisinin sayı 1996 nəfər olub.1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücumda kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət edərək, tamamilə yandırıblar. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. 62 nəfərdən 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub. Erməni vandalları1993-cü il aprelin 18-də silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkar edib və həmin gün saat 15-dən 21 radələrinədək köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlayıb. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1 nəfər 12 yaşlı uşaq, 1 nəfər 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın, 6 kişi) sığındıqları yerdə qəsdən öldürülüb. Hücum nəticəsində 14 nəfər (3 nəfər 2, 13 və 15 yaşlı uşaqlar, o cümlədən 10 qadın, 4 kişi) girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsə də, onlardan 9 nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat edib. İstintaq materialları ilə həmçinin müəyyən edilib ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişib. Sağ qalan Başlıbel kənd sakinləri sonradan iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənərək, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilən 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar. 19 aprel 1993-cü ildən sonrakı tarixlərdə isə sağ qalan 29 nəfər şəxs 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək 1993-cü ilin iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə bilib. Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekskumasiyası haqqında qərarına əsasən, bu il aprelin 24-də Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib. Sitat: ”Bundan başqa, istintaq hərəkəti zamanı cinayət hadisəsinin baş verdiyi yerdə mülki şəxslərin gizləndiyi mağaralarda aşkar edilmiş müxtəlif məişət əşyaları, mülki şəxslərin qəsdən öldürülməsini sübut edən giliz və güllələr cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən qablaşdırlaraq rəsmiləşdirilib. Başlıbel kəndinə dron vasitəsilə keçirilmiş baxış zamanı həmçinin kənd ərazisində işğaldan əvvəl mövcud olmuş bütün yaşayış evlərinin, inzibati binaların, infrastrukturun tamamilə bünövrəsinə kimi dağıdıldığı aşkar edilib. Zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT-nin (dezoksiribonuklerin turşusu) təyini məqsədilə nümunələr götürülərək molekulyar-genetik və digər xüsusatların araşdırlması üçün tibbi-kriminalistik ekspertizalar təyin edilib. Hazırda hadisənin sağ qalmış şahidlərinin müəyyən edilməsi, onların dindirilməsi və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

...Qeyd etdiyimiz fakt dediyimiz kimi, erməni vəhşiliyinin yalnız bir nümunəsidir.

Keçən əsrin 90-cı illərində baş verən erməni vandalizminin elə nümunələri var ki, onun acısı neçə yüzillik sonra da ötüb-keçməyəcək, səngiməyəcək. Erməni yaraqlılarının elə Xocavənd rayonu sakinlərinə qarşı nümayiş etdirdiyi dəhşətli faktı, bir ailənin üzvlərinin diri-diri silos quyusuna gömülməsini yada salmaq olar. Əlbəttə, heç vaxt, heç zaman, heç vədə yaddan çıxarılası hadisə olmasa da...

Bəllidir, nə qədər ki, dünyada əsaslı, yaxud əsassız ərazi iddiaları var, o zaman müharibələr də qaçılmazdır. Lakin motivində hansı məqamın, iddianın olmasına baxmayaraq, qarşı tərəfin normal düşmən qismində dayanması da vacib şərtdir. Bu, bəlkə də aparılan müharibənin nəticəsinə də hansısa formada təsir edə biləcək bir məqamdır. Fəqət bizim taleyimizə düşmənin ən mənfuru, qəddarı, amansızı, qaniçəni, bir sözlə, bütün mənfiliklərin tək məcmusu yazıldı.

... Onun da adı ermənidir. O erməni ki, maddi, mənəvi, psixoloji və sonsuz adda olan itkilərimizin tək “memarı”dır. Ki, əzəli torpaqlarımızda onun qurub-yaratmadığını, vurub-dağıtdığını, qanla da, suyla da yuyulmayanı kimsəyə arzulamarıq. Düşmənimiz olsa da, belə...