Xələf Xələfov: “Pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq daha da genişlənəcək”

21:25 02-05-2021 198

“Koronavirus əleyhinə “Sputnik V” vaksininin ilk partiyasının Azərbaycan gətirilməsi Rusiya ilə mövcud olan dostluq, əməkdaşlıq və strateji əlaqələrin sıx olmasının növbəti təzahüridir”. “Report” xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

“Ümid edirəm ki, bu əməkdaşlıq nəticəsində Azərbaycan və Rusiya pandemiya qarşı mübarizədə müvəfəqiyyətli olacaqlar. Azərbaycanın pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı bundan sonra daha da genişlənəcək. Bütün bunlar əhalimizin rifahına, onların sağlamlığına yönəlib”, - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, bu gün Rusiyadan Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib. Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasını daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Qeyd edək ki, bu ilin martın 11-də Baş nazir Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Daha sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.