Alimpaşa Məmmədov Şəmkirdə keçirilən tenderləri hansı şirkətlərə verib?

21:39 02-05-2021 162

2020-ci ilin yanvar-dekabr aylarında Şəmkir rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 835 min 783 manat məbləğində 23 tender keçirilib.

FED.az xəbər verir ki, ən çox tender keçirən Şəmkir rayon Mərkəzi Xəstəxanası olub. Şəmkir rayon Mərkəzi Xəstəxanası ümumi məbləği 299 min 449 manat olan 9  tender müqavilələri bağlayıb.

Şəmkir rayon İcra Hakimiyyəti ümumi məbləği 296 min 376 manat məbləğində 7 müqavilə bağlayıb. Bu tenderlərin 4-nün qalibi "Qafqaz Group" MMC olmuşdur.

Bundan başqa rayonda Şəmkir Rayon Maliyyə İdarəsi, Gənclər və İdman İdarəsi və Regional Mədəniyyət İdarəsi də satınalmalar həyata keçirib.

Onu da xatırladaq ki, Alimpaşa Məmmədov Şəmkir rayon icra başçısı vəzifəsini 2014-cü ildən icra edib və ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir.

Mənbə FED.az