Gəncədə torpaq sürüşməsi olub: Dəmiryolu stansiyasına ciddi ziyan dəyib

21:59 02-05-2021 153

Dünən gecədən başlayan yağış nəticəsində Gəncə-Daşkəsən-Xoşbulaq yolunda torpaq sürüşməsi baş verib. 

Hazırda yolda təmizləmə işləri aparılır. 

Məsələ ilə bağlı milletinsesi.info-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 31 sayılı yol istismar idarəsinin baş mühəndisi Rövşən Məmmədov bildirib ki, yağan yağış nəticəsində Qızılca dəmiryolu stansiyasına güclü ziyan dəyib.

"Yolun keçidinin alt hissəsinin tamamilə yuyulması nəticəsində dəmiryolu relsləri havada qalıb. Yağan güclü yağış həm də bu ərazidə yerləşən dörd suötürücü borumuzu bağlayıb”, - deyə baş mühəndis qeyd edib.