Beyləqan sakinləri deputatı rayondan qovdu - QALMAQAL

21:50 24-05-2021 639

81 saylı Beyləqan seçki dairəsini təmsil edən deputat  Şahin İsmayılovun rayonun Kəbirli kəndində seçiciləri ilə görüş zamanı baş vermiş narazılıqla bağlı videgörüntülər yayılıb.

MillətinSəsi.info-nun məlumatına görə, sakinlər deputatın fəaliyyətindən narazılığını dilə gətirərək, onu ərazidən qovublar. Həmçinin ona "Qənirə Paşayeva qədər də ola bilmədin sən" deyə bildiriblər.

Eyni zamanda, bildiriblər ki, bu günə kimi ona yazdıqları ərizələr müsbət istiqamətdə həllini tapmayıb.

Sözügedən kəndin icra nümayəndəsi Bakir Ağayev bildirib ki, ötən gün kənddə şəhid bulağının açılışı olub: “Həmin açılışda da şəhid ailələri iştirak edirdilər. Bizim kənd Vətən müharibəsində 7 şəhid verib. Ailələr deputata narazılıq etdilər ki, müharibə günlərində Şahin İsmayılov onlarla maraqlanmayıb. Ona görə də deputatdan kənddən çıxıb getməsini istədilər”.

Qeyd edək ki,  Şahin İsmayılov 2015-ci il və 2020-ci ildə keçirilən parlament seçkilərində YAP-ın 81 saylı Beyləqandakı namizlmi kimi 10 ildir ki, deputat vəsifəsindədir. Amma Şahin İsmayılov indiyədək Beyləqanın deputatı kimi beyləqanlıların problemlərinin həll olunmasında heç bir köməklik etmədiyi haqda dəfələrlə mediada məlumatlar yayılmışdı.

Hətta, 2020-ci parlament seçkiləri zamanı mediada yayılan məlumatlara görə, Şahin İsmayılov bir il əvvəl ölkənin siyasi arenasını lərzəyə gətirən "Nurçu" hərəkatının üzvü olduğu, YAP-ın Beyləqandakı deputatı heç həqiqi hərbi xidmət də keçmədiyi bildirilib.

İlk baxışdan sağlam, boy-buxunlu görünən bu gəncin nədən hərbi xidmət keçməməsi müəmmalıdır. Bunun səbəbi xəstəlikdirsə, xəstə gənc beyləqanlılara necə deputatlıq edəcək? Yox, səbəb sərhəddə erməni gülləsinin qorxusundan hərbi xidmətdən yayınmaqdırsa, deputatın gələcək fəaliyyəti də bəribaşdan bəllidir.

Şahin İsmayılov daha çox dövlət tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatına hər il ayrılan külli miqdarad vəsaitləri mənimsəyən bir şəxs kimi tanınmaqdadır. Hələ bunlar da hamısı deyil, bunlar sadəcə YAP-ın 81 saylı dairədən vahid namizədi haqqında mediada yayılan məlumatlar təkzib edilmədiyindən təsdiqlənən minuslarıdır.

Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.