"Kokainə görə sabiq baş nazirin oğlu Venesuellaya getdi" – Sedat Pekerden YENİ İDDİALAR + VİDEO

22:11 24-05-2021 360

"Kokainlə bağlı jurnalistlər fərqli yazılar yazdılar, mən sizlərə məsələnin əslini danışacağam". Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyəli mafiya başçısı Sedat Peker “youtube” vasitəsilə yaydığı videoda deyib.

Sedat Peker ötən ilin iyun ayında tutulan 4 ton 900 kiloqramlıq kokainlə bağlı bunları deyib: "Əvvəllər kokain Kolumbiya üzərindən gəlirdi. Ən son iyun ayının 9-da tutulan 4 ton 900 kiloqramlıq narkotik vasitədən sonra yeni marşrut xətti müəyyən olundu. Çünki Kolumbiya ətrafında Amerikanın narkotiklərlə mübarizə qurumu çox güclüdü, davamlı nəzarət edir. Orda sistemin işləməyəcəyini gördüklərində Venesuella üzərindən yeni marşrut xətti qurdular. Çünki Kolumbiyadan Venesuellaya narkotki keçirtmək çox rahatdır, buraya Amerika nəzarət edə bilmir".

Sedat Peker Türkiyəyə gələn narkotik vasitənin tutulmasından sonra Venesuellaya gedən şəxslə bağlı da maraqlı açıqlamalar verib. "Türkiyəyə gələn kokainin ələ keçirilməsindən sonra Venesuellaya kim getdi? Sabiq Baş nazir Binali Yıldırım oğlu Erkan Yıldırım bəy. Bu ilin əvvəlində o kokain ələ keçirildikdən sonra Erkan bəy Venesuellaya getdi və 4 gün yanvarda, 4 gün də fevral ayında orada qaldı. Karakas limanı var ordan quru yük gəmiləri birbaşa Türkiyəyə gələ bilir, ancaq konteyner gəmiləri Dominikanda dayanıb sonra ölkəmizə gələ bilir. Əsas gələn kokainlər Dominikan üzərindən deyil birbaşa gələ bilir. Yeni marşrut bu şəkildədir".

O bu açıqlamalardan sonra narkotiklə bağlı həbslərin olacağını da istisna etməyib.