Qəsəbə sakinlərinin tikdiyi stadionu bələdiyyə sədri sökdürür? - VİDEO

22:16 24-05-2021 603

Bakı şəhəri Qaradağ rayonunun Puta qəsəbəsində bələdiyyə tərəfindən sakinlərin tikdiyi stadionun sökdürülməsi ilə bağlı iddia yayılıb.

Bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. 

Bildirilib ki, qəsəbə sakinləri öz hesablarına futbol stadionu yaradıblar.

Stadion tam hazır olma ərəfəsində qəsəbə bələdiyyəsinin sədrinin göstərişi ilə, stadionun söküntüsü ilə bağlı işlərə başlanılıb.