Qubanın icra başçısı arvadına 500 min manatlıq maşın alıb?

14:54 26-05-2021 441

“Hazırda ölkədə korrupsiya ilə güclü mübarizə gedir. Burada icra başçıları, komitə sədrləri tutuldu. Zaman-zaman mən çalışmışam ki, mütəmadi olaraq bu problemləri dilə gətirim." Bu sözləri Bizim.Media-ya açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Hafiz Hacıyev qanunsuz dövlət büdcəsini talamaq hallarının hələ də davam etdiyini vurğulayaraq, söhbət əsnasında hazırda vəzifədə olan bir neçə icra başçılarının da adını çəkib:

“Qubanın icra başçısı rayonda at oynadır, hər vəzifəyə bir qiymət qoyub. Yoxsa, nə oldu, Qubaya təyin olunandan 3-4 ay keçmədi ki, arvadına 500 min manatlıq avtomobil aldı. Bir şəhidin qəbrini ziyarət, bir qaziyə yardım etmir. Heç bir şəhid ailəsini qəbul edib, onları dinləmir. Görünən odur ki, hazırda ölkədə kadr çatışmazlığı var”. 

Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev adı qalmaqallarda ən çox hallanan icra başçılarından biridir.

Bir müddət əvvəl onun Çexiya, Ukrayna və Avropanın digər ölkələrində iri biznes şəbəkəsinin olduğuna dair faktlar, sənədlər yayılıb. 

Ziyəddin Əliyev uzun illər yol təsərrüfatında rəhbər vəzifələrdə işləyib, elə o vaxtdan yolunu Çexiyaya salıb, şirkət qurub, şirkətinin menecerliyini çex qadına həvalə edib. Sonra bir az da irəli gedib, Avstriyada növbəti şirkətini açıb. Tikinti materialları ticarətinə girişib. Bu o adamdır ki, 2017-ci ilin dekabrında Quba rayonuna icra başçısı təyin olunur.

Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə Bizim.Media