Qızıl Aypara Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri araşdırılır

15:19 26-05-2021 369

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi araşdırmalara başlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, hazırda idarənin əməkdaşları tərəfindən cəmiyyətdə araşdırma aparılır. Bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Məsələ ilə bağlı Qızıl Aypara Cəmiyyətinin prezidenti, qurumun idarəetmə şurasının sədri Novruzəli Aslanov "Report”a açıqlama verib.

O bildirib ki, məsələ araşdırılacaq: “Bizdə hələ ki, dəqiq bir məlumat yoxdur. Milli Məclisdən gəlmişəm, xəbərim yoxdur. Araşdıraq, baxaq nə məsələdir. İstintaqa cəlb olunan şəxs Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin sədri olub”.