Yaponiya imperatoru İlham Əliyevə təbrik məktubu göndərdi

18:33 26-05-2021 468

Yaponiya İmperatoru Əlahəzrət Naruhito Respublika Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə xoşbəxtlik, xalqınıza yüksək rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram”.