Ərdoğan yeni Konstitusiya layihəsi barədə: “Biz işimizi bitirdik”

22:12 27-05-2021 270

Türkiyənin hakim “Ədalət və İnkişaf Partiyası” ölkə Konstitusiyasının yeni layihəsi üzərində işini tamamlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə prezidenti və hakim partiyanın sədri Rəcəb Tayyib Ərdoğan partiyanın rayon rəhbərlərinin genişləndirilmiş toplantısındakı çıxışı zamanı bəyan edib.

“Biz işimizi bitirdik. Digər partiyalara da öz variantımızı təqdim edəcəyik. İnşallah ilin sonuna doğru bütün mətnləri bir araya gətirərək qiymətləndirmə aparacaq, ortaq bir təklif şəklinə salmağa çalışacağıq. Məqsədimiz Məclisdəki bütün partiyaların yeni Konstitusiya layihəsinə öz əsaslı və səmimi qatqısını təmin etməkdir. Belə bir geniş uzlaşma ilə yeni Konstitusiyanı Məclisdə qəbul etdirib, millətimizin ixtiyarına verə bilsək, çox gözəl olar. Arzu ettiyimiz şəkildə bir uzlaşma zəmini formalaşmazsa, “Cumhur İttifaqı” olaraq, bizi dəstəkləyən digər partiyalarla birlikdə öz hazırladığımız variantı millətin ixtiyarına verməkdə qərarlıyıq”, -deyə dövlət başçısı bildirib.