Təhsil şöbəsinin müdiri vəzifəsi Vətən müharibəsi qazisinə tapşırıldı

22:22 27-05-2021 342

Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri səlahiyyətlərinin icraçısı məlum olub. Bununla bağlı Cəlilabad Rayon Təhsil Şöbəsi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı əmr 26 may tarixində imzalanıb. Əmrə əsasən, bu vəzifə qurumun aparıcı məsləhətçisi Ağayev Ağaxan Çapar oğluna həvalə edilib.

Qeyd edək ki, A.Ağayev Vətən müharibəsi qazisidir. O, Azərbaycan Ordusunun ötən il sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edib.

O, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən "Cəsur döyüşçü" medalına layiq görülüb. Daha sonra təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, A.Ağayevə “II dərəcəli dövlət qulluqçusu” ixtisas dərəcəsi verilib.

Xatırladaq ki, bundan əvvəl Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova olub.