Ucar rayon Meliorasiya İdarəsinin müdiri idarənin əməkdaşlarını və texnikasını şəxsi təsərrüfatında işlədir? – VİDEO

22:38 27-05-2021 963

“Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun başı korrupsiya əməllərinə qarışdığından rayon torpaqlarını şoran ağuşuna alıb, kənd təsərrüfatı məhv olmaq üzrədir”.

Bu iddia шдҝ müraciət edən Ucar rayon sakini Raqif Şirinov səsləndirib. O, H. Qasımovun idarəyə məxsus texnikaları təyinatı üzrə yox, şəxsi təsərrüfatı üçün istifadə etdiyini iddia edib:

“Hansı ki, həmin texnikalar rayon ərazisində olan kanalların təmizlənməsinə və digər əhəmiyyətli işlərə cəlb edilməlidir. Həsən Qasımov Ucar rayonunun Qarabörk kəndində 10 hektar torpaq sahəsini zəbt edərək yonca əkib. Hansı ki, həmin torpağın təyinatı fərdi mənzil tikintisi üçündür. 25 may 2021-ci il tarixdə həmin torpaq sahəsində aparılan yonca yığımını lentə almışam. Həsən Qasımov böyük ferma təsərrüfatı yaradıb iribuynuzlu heyvanlar saxlatdırır.

Videoda yoncanın idarəyə məxsus texnikalara yığılaraq həmin fermaya daşınması görünür. Kadrlarda Ucar rayon Meliorasiya İdarəsinə məxsus teknikaların və işçilərin işə cəlb edilməsi də əks olunub. Təqdim etdiyim fotoda idarəyə məxsus, üzərinə ot yığılmış “61 AC 262” nömrəli avtomobilin yanında dayanmış şəxs Meliorasiya İdarəsinin işçisi İsmayılov Fariz Fazil oğludur. O, Həsən Qasımovun şəxsi təsərüfatında işlərə cəlb edilib. Həsən Qasımov uzun illərdir bu idarədə müdir vəzifəsində işləyir. Onun yarıtmaz fəaliyyəti nəticəsində rayon torpaqları şoranlaşıb məhv olur”.

R. Şirinov sözügedən video və fotoları redaksiyamıza təqdim edib:


Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.