Azercell ÇÖKDÜ – Şirkət rəsmiləri niyə susur?

22:55 27-05-2021 432

Bu gün Azercell mobil operatorunda problemlər yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Facebook səhifəsində məlumat verib:

“Hazırda yarım saatdan çoxdur Azercell mobil operatorunun şəbəkəsində problemlər yaranıb. Abunəçilər zəng xidmətindən istifadə edə bilmirlər, zəng vurmaq və zəng qəbul etmək mümkün olmur. Mobil internet xidmətində də problem olduğu bildirilir”.

O, həmçinin qeyd edib ki, hələlik Azercell bununla bağlı bir açıqlama verməyib.

Bundan başqa iki saata yaxındır ki, Azercell müştəriləri sosial şəbəkələrdə yaranan problem barədə etiraz statusları paylaşır. Onlar bəziləri zəng edə bilmədikləri, bəziləri isə internet xidmətlərindən istifadə edə bilmədiklərini qeyd edirlər.