Naxçıvanda canavar sürüsü şagirdlərə hücum etdi - Yaralılar var - VİDEO

17:43 29-05-2021 450
Ordubadın Əylis kəndində canavar sürüsü şagirdlərə hücum edib.
 
Bakupost.az -ın məlumatına görə, uşaqlar məktəbdən qayıdarkən canavarların hücumuna məruz qalıblar.
 
Hadisə nəticəsində şagirdlər ağır xəsarət alıblar. Kənd camaatının köməkliyi ilə uşaqlar təcili xəstəxanaya yerləşdirilib.
 
Məlumata görə, hücuma məruz qalanlardan 2-si uşaq, 1-i böyükdür.