Qorxmaz Hüseynovun qardaşı Behbud Hüseynov həbs olunub?

13:08 30-05-2021 522

“Azərsu” ASC-də maliyyə yoxlamalarının başlandığı xəbərləri yayılıb. TİA.Az-ın əldə etdiyi məlumata görə, Qorxmaz Hüseynovun ASC-nin rəhbər postundan azad olunmasından sonra araşdırmalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb.

Bu qurumda illərlə dövlət vəsaitlərinin talan olunması, layihələrin icrası zamanı maxinasiyalara yol verilməsi, tenderlərdə milyonluq mənimsəmələr həyata keçirilməsi haqda media davamlı olaraq yazıb.

İndi Qorxmaz Hüseynovun həbsi ilə bu məsələlərin üstü açılıb. Xəbər verilir ki, “Azərsu” ASC-də korrupsiya ilə bağlı kütləvi həbslər olub.

Son məlumata görə, saxlanılanlar arasında Qorxmaz Hüseynovun qardaşı Behbud Hüseynov da var. Mövzunu diqqətdə saxlayacağıq.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə TİA.Az