Tərtər icra başçısının vətəndaşlarla kobud davranışı - VİDEO

23:35 31-05-2021 387

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlarla kobud davranıb. Bu barədə videogörüntü milletinsesi.info-ın redaksiyasına göndərilib.

Görüntülərdən məlum olur ki, vətəndaşlar icra başçısının onların problemləri ilə maraqlanmamasından narahatlıqlarını bildirirlər.

Bu zaman bir neçə vətəndaş M.Məmmədovla görüşü lentə almaq istəsə də, o, telefonların yığışdırılması barədə göstəriş verir.