Məmurun kürəkəni şikayətçi olan vətəndaşı və polis əməkdaşını ağır söyüşlərlə təhqir edib? – SƏS YAZISI

23:38 31-05-2021 567

Ucar rayon sakini Raqif Şirinovun rayonun Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovla bağlı iddiaları barədə xəbər vermişdik.

Raqif Şirinov yenidən mediaya müraciət edib və iddia edir ki, onun müraciəti əsasında Həsən Qasımovla bağlı mətbuatda yazının dərc olunmasından sonra, idarə rəisi onu ölümlə hədələyib:

“Həsən Qasımovun kürəkəni Səlimov Zaur Qurban oğlu mənə telefonda hədə-qorxu gəlir. Mən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə hədələnməyim barədə məlumat verdim. Bildirdim ki, məni uşaqlarımla hədələyirlər, küçə söyüşləri ilə təhqir edirlər.

Yusif adlı polis zabiti gəldi. S. Zaur məni dayanmadan yığırdı, telefonu polis zabiti götürdü və zəngə cavab verdi. S. Zaur hətta polis əməkdaşını da söydü. S. Zaur Bakıda “Azərişıq”da işləyir”.

R. Şirinov Səlimov Zaur olduğunu iddia etdiyi şəxsin onu və digər şəxsi (polis əməkdaşı olduğunu iddia edib) təhqir etməsini əks etdirən səs yazısını redaksiyamıza təqdim edib.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.