Bakıda bəzi məktəblər distant tədrisə keçdi - SİYAHI

20:01 30-04-2021 63

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Bakının bəzi məktəblərində dərslər distant formada keçirilir.

milletinsesi.info-ın məlumatına görə, yarışlarla əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb.

Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbdə bu gündən dərslər distant tədrisə keçib.

“Formula-1” Qran Prisi ilə əlaqədar distant tədrisə keçən məktəblərin siyahısı aşağıdakı kimidir:

1. Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksi;

2. Təhsil Nazirliyinin tabeliyindəki  T. İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. Təhsil Nazirliyinin tabeliyindəki   İ.Əfəndiyev adına Elitar gimnaziya;

4. Bakı şəhəri 7 nömrəli tam orta məktəb;

5. Bakı şəhəri 2 nömrəli texniki humanitar lisey;

6. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziya;

7. Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb;

8. Bakı şəhəri 147 nömrəli Texniki Humanitar lisey;

9. Bakı şəhəri 27 nömrəli tam orta məktəb.

Distant tədris iyunun 8-dək davam edəcək.