Emin Əmrullayev 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü şəhid övladları ilə birgə keçirdi

21:40 01-06-2021 414

Təhsil Naziri Emin Əmrullayev 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü münasibəti ilə şəhid övladları ilə görüşüb.  O, bu barədə öz “Facebook” profilində paylaşım edib.

Paylaşımda deyilir:

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Vətənimizin bütövlüyü və uşaqlarımızın sabahı üçün gözlərini qırpmadan canından keçən şəhidlərimizin bizə əmanət etdiyi övladları ilə birgə “Biz Zəfərin övladlarıyıq” adlı tədbirdə qeyd etdik.

Uşaqların hər birinin simasında məğrurluq ifadəsi var idi. Uşaqların keyfiyyətli təhsil almalarını təmin etmək, həmçinin onlara diqqət və qayğı göstərmək qarşımızda duran başlıca vəzifələrdən biridir. 

Əziz uşaqlar, hər birinizə xoşbəxt və savadlı gələcək arzu edirəm!”