Millət vəkilinə məxsus olduğu bildirilən şirkətə qarşı daha bir məhkəmə iddiası qaldırıldı – FOTOFAKT

13:33 02-06-2021 360

78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov tərəfindən təsis olunan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi ilə eyni ünvanda – Nizami rayon, Özbəkistan ev 24-də dövlət qeydiyyatına alınan “Kaspi-Yıldız” MMC-yə qarşı  məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com 
xəbər verir ki, məhkəmə iclası bu günə - 01.06.2021-ci il tarixinə təyin olunub. İclasa Bakı Kommersiya Məhkəməsinin hakim Leyla Əliyeva sədrlik edəcək.

“Kaspi Yıldız”a qarşı məhkəmə iddiasını “Azel Group” MMC qaldırıb. Mübahisə alqı-satqı müqaviləsinə görə yaranıb.

Qeyd edək ki, “Azel Group” MMC 24.04.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi İsgəndərov Elvin Fikrət oğludur.

Məlumat üçün bildirək ki, “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 16.10.1996-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 45 000 dollar olan MMC-nin qanuni təmsilçisi Məmmədov Ramiz Fərman oğludur.

Onu da bildirək ki, bu ilin aprel ayında Azərbaycanın ən böyük bankı hesab olunan “Kapital Bank” da (Səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə məxsusdur) borc müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq millət vəkili İqbal Məmmədova, həmçinin Məmmədov Nəriman Qədir oğlunu (deputatın atası), Məmmədov Çingiz Nəriman oğlunu (deputation qardaşı) və “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb.

Eyni zamanada İqtisadiyyat  Nazirliyi yanında Dövlət Vergi Xidməti də bu ilin fevral ayında  “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə qarşı  məhkəmə iddiası qaldırıb.

Hazırda dövlət büdcəsinə böyük həcmdə - 9 milyon 515 min 160 manat 33 qəpik vergi borcu olan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsini təsis edən millət vəkili İqbal Məmmədov 1982-88-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda SOCAR prezidenti Rövnəq Abdullayevin və bir müddət əvvəl vəzifədən azad olunan “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovla birgə təhsil alıb.

2019-cu ildə mətbuata verdiyi açıqlmada İqbal Məmmədov bildirib ki, o 2010-cu ildə deputat seçildikdən sonra müəssisəyə rəhbərliyi qardaşına həvalə edib. Bir müddət “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə rəhbərlik edən İqbal Məmmədovun qardaşı Asif Məmmədov isə 2006-2013-cü illərdə Balakən və Şamaxı rayonlarının İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Mənbə Yeniavaz.com