Gədəbəyin İvanovka kəndində 85 yaşlı qadın pensiyasına görə tövləyə zəncirlənib? – VİDEO

13:43 02-06-2021 531

Gədəbəy rayonunun İvanovka kəndində Səkinə adlı yaşlı qadın pensiyasına görə tövləyə zəncirlənib. 

Yeniavaz.com
 xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkələr vasitəsilə məlumat verib. O bildirib ki, qadını bu halda saxlayan Qəzənfər adlı şəxs, həm də ona qarşı fiziki zorakılıq edir.

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə  Ağazadə sözügedən qadının tövləyə zəncirlənmiş halda görüntülərini də yayıb.

Görüntüləri lentə alan şəxs qadının 85 yaşının olduğunu bildirib:


"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə iddia edir ki, məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat versə də, faydası olmayıb.

Daxili İşlər Nazirliyinin Qərb Regional İdarəsindən məsələnin araşdırıldığı və bu barədə ictimaiyyətə məlumat veriləcəyi bildirilib.