AMEA prezidenti Ramiz Mehdiyev koronavirusa yoluxub?

14:27 04-06-2021 747

AMEA prezidenti Ramiz Mehdiyev koronavirusa yoluxub. Bu barədə Demokrat.az-a AMEA-dan məlumat daxil olub.

Məlumata görə, Ramiz Mehdiyev 1 həftədir ki, koronavirusa yoluxub və müalicə alır. Vəziyyətinin ağır olduğu bildirilir.

Məsələ ilə bağlı AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi paralel.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir. 

“AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”, - məlumatda qeyd edilib.