Şəhid jurnalistin oğlundan ürək dağlayan ilk açıqlama: “Atamı gözləyirəm, gəlsin...” — FOTO

20:41 04-06-2021 486

Şəhid jurnalist Məhərrəm İbrahimovun 2-ci sinifdə oxuyan oğlu Uğur İbrahimli atası haqda ilk dəfə olaraq Demokrat.az-a danışıb.

Balaca Uğur atası üçün darıxdığını bildirib:

“Atamı gözləyirəm, o evə gəlsin. Atamı çox istəyirəm”.

Qeyd edək ki, bu gün səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov şəhid olub. Peşə fəaliyyətlərini yerinə yetirən zaman şəhid olan həmkarlarımızın adları Azərbaycanın şanlı Qarabağ Zəfərinin qəhrəmanları arasında yazılıb.