Rusiya prezidenti və Aİ Şurası sədri Qarabağı müzakirə edib

23:21 07-06-2021 396

Rusiya prezidenti Vladimir Putin və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Qarabağ məsələsini müzakirə ediblər.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının ardıcıl şəkildə reallaşdırılmasının vacibliyi nəzərə alınaraq, Qarabağ məsələsi ətafındakı hazırki vəziyyət müzakirə olunub. Bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, əhalinin humanitar problemlərinin həlli prioritet vəzifələr olaraq müəyyənləşdirilib. Şarl Mişel bu istiqamətdəki bütün fəaliyyətlər, o cümlədən də ATƏT-in Minsk Qrupunun həmsədrləri xəttilə aparılan işlərə görə təşəkkür edib”, - deyə məlumatda bildirlib.