BŞİH-nin Aparat rəhbəri Elgün Həbibullayev rüşvətxorluqda ittiham olunur: "Panda Kids"in və "Port Baku"da rezidens sahibidir?

23:31 07-06-2021 324

Jurnalist-araşdırmaçı Fərid Abdinov Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgün Həbibullayev haqqında facebookda iddialı və ittihamlı post paylaşıb.

Postda qeyd olunur ki, Elgün Həbibullayevin tək "Panda Kids"i və "Port Baku" yaşayış kompleksində mənzilinin dəyəri 2 milyon manatdan çoxdur: "Elgün Həbibullayev Bakı şəhər icra hakimiyyətinin aparat rəhbəri vəzifəsində çalışır. Bundan əvvəl də hazırda Bakı meri olan Eldar Əzizovun komandasında Gəncə və Sumqayıt şəhərlərində  işləyib 

E. Həbibullayev "Panda Kids" mağazalar şəbəkəsinin də sahibidir. "Port Baku" yaşayış kompleksində yaşayır. "Panda Kids" mağazaları və yaşadığı ev ilə birlikdə ümumi əmlakının qiyməti 2 milyon AZN-dən çoxdur.

Qeyd edim ki, Bakı şəhər meriyasında ən yüksək əmək haqqı Eldar Əzizov alır. 1925 AZN. Aparat rəhbərinin evinin ortalama  qiyməti   merin aldığı maaşdan 300 dəfə çoxdur." 

197783589_2013860118751985_4964564089034837818_n

Qeyd edək ki, BŞİH başçısı Eldar Əzizovun əmri ilə BŞİH Aparatının rəhbəri olmuş Rasim Quliyev tutduğu vəzifədən azad edilərək onun yerinə Elgün Həbibullayev təyin edilib.

Elgün Həbibullayev Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub.

Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, sonra isə müavin təyin edib. O, Eldar Əzizovun əsas kadrlarından hesab olunur.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.