İsmət Abbasovun Londondakı 10 milyonluq villasının görüntüləri (VİDEO)

23:33 07-06-2021 378

Bloger Mehman Hüseynov “ən kasıb” nazirlərimizdən biri olan İsmət Abbasovun Londondakı villasını görüntülərini yayıb.

MillətinSəsi.info xəbər verir ki, "SANCAQ Production"un rəhbəri, bloger Mehman Hüseynov facebookda yaydığı videoreportajında İsmət Abbasov və oğlu ilə bağlı maraqlı məlumatlar açıqlayıb:

"Nazirin villasına gizlincə daxil olub, otaqlarını çəkmişik. Dəhşətə gələcəksiz! Görün bu oğru məmurlar, xalqın qanını içənlər hansı şəraitdə yaşayırlar. Belə ev olar? Keçmiş kənd təsərrüfatı naziri, sonra isə Baş nazirin müavini olan İsmət Abbasovun cinayətlərini araşdırıb ortaya çıxartmışıq...

Bu məmur Londonda istintaqa cəlb olunub. Milyonları hardan, necə qazanıb onu sorğu-sual edirlər. Amma Azərbaycanda heç kim bu korrupsioner məmurun əlinə qandal vurub soruşmur ki, ay adam bu qədər pul, sərvət səndə hardandır? Çünki oğurladığı milyonların bir hissəsini lazımlı yerlərə çatdırıb.

Sonra da deyirsiz bu ölkədə uşaq pulu niyə verilmir? Çox yaxşı da verilir, sadəcə lazımdır ki, sizin valideynləriniz yüksək vəzifələrdə olsunlar. İsmət Abbasov, Eldar Mahmudov dövlət büdcəsindən oğurluq edib öz övladlarına dəbdəbəli həyat qurub.

Londonda bir nazirin 10 milyon manata aldığı villasında qonaq olmuşuq. Həmin evdə Azərbaycan xalqına məxsus olan pulları tapmışıq.  Bu gözəlliklə sizlər də tanış olun. Haqqınız var. Çünki Londonda olan bu sarayı bizlər alıb kənd təsərrüfatı nazinirə bağışlamışıq. Yəni bu villa sənin, mənim, Azərbaycan xalqının pulları ilə tikilib.

Daha bir məmurun əsl sifətini sizlərə göstəririk. Azərbaycan xalqı pislikləri tez unudur! Keçmiş korrupsioner məmur, indiki korrupsioner məmur deyilən şey yoxdu. Biz xalqa onu göstəririk ki, bu məmurlar yüksək vəzifədə olarkən cinayətlər törədiblər və cəzasız qalıblar.

Keçmiş kənd təsərrüfatı naziri, sonra isə Baş nazirin müavini olan İsmət Abbasovun milyonlarını tapmışıq. Bu adam vəzifəsindən sui-istifadə edərək dövlət büdcəsini, xalqın sərvətini dədə malı kimi istifadə edib. Öz övladına Londonda milyonluq mülklər alıb, şirkətlər açıb və ən əsası xarici vətəndaşlığı alıb.

Bizim oğru məmurların xususiyyəti ondadı ki, onlar Azərbaycanda milyonları “qazansalar” da, öz sərvətlərini Azərbaycana etibar etmirlər, özlərini və sərvətlərini sığortalamaq üçün xarici ölkələrə, xarici banklara daşıyırlar."

Blogerin video-araşdırmasını təqdim edirik:

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.