Əli Həsənovun kürəkəni daxili işlər orqanlarından xaric edildi

13:41 09-06-2021 261

Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub. “Report”un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İsfəndiyar Mehbalıyev öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğlu, Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir.