BAZARSTORE Mağazalar Şəbəsində vaxtı keçmiş qeyri-ərzaq məhsulları satılır?!

15:44 09-06-2021 261

İstifadə müddəti bitmiş qeyri-ərzaq məhsullarının satılması qadağan olunsa da, dükan və marketlərdə bu cür mallara tez-tez rast gəlmək olur. Saxlama müddəti keçmiş qeyri-ərzaq məhsullarını satanlar onu istehsalçıya qaytarmayaraq, istehlakçılara təklif edirlər.

Alıcılar isə çox vaxt məhsulların görünüşünə nəzər yetirərək onun istifadə müddəti və üstündəki normativ sənədlərə baxmırlar.

Belə hallarda bir ilə əməkdaşımız Bakı şəhəri, Nəsimi rayonu Xan Şuşinski ərazisində yerləşən BAZARSTORE Mağazalar Şəbəkəsində istifadə müddəti bitmiş qeyri-ərzaq məhsulunun satılmasını aşkarlayıb. Alıcı BAZARSTORE Mağazalar Şəbəkəsindən saç boyası alıb. Saç Boyasının üzərinə baxarkən qeyri-ərzaq məhsulunun vaxtı keçdiyini və saxta tarix yazıldığını aşkar etmişdir.

Vətəndaş dərhal məsulu Bakı şəhəri, Nəsimi rayonu Xan Şuşinski ərazisində yerləşən BAZARSTORE Mağazalar Şəbəkəsinə aparıb, öz etirazın bildirsə də, marketin əməkdaşları qeyri-ərzaq məhsulu olan saç boyasına saxta tarix yazılmasını firmanın üzərinə atıblar.

Əslində, ərzaq və qeyri-ərzaq məhsullarının istifadə tarixinə alıcılarla yanaşı, satıcılar özləri də diqqət yetirməlidirlər. Çünki qanunvericiliyə görə, onlar satdıqları məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyırlar. 

Məsələ ilə bağlı Bakı şəhəri, Nəsimi rayonu Xan Şuşinski ərazisində yerləşən BAZARSTORE Mağazalar Şəbəkəsinin müdiri Valeh Babayevlə əlaqə saxladıq.  

Nəsimi rayonu Xan Şuşinski ərazisində yerləşən BAZARSTORE Mağazalar Şəbəkəsinin müdiri Valeh Babayev bildirdi ki, məsələ ilə bağlı bu gün xəbər tutub: "Satıcılarla birgə marketdəki qeyri-ərzaq məhsulu olan saç boyalarını yoxladıq. Hamısında saxlanma və bitmə müddəti normativ qaydalara uygundur. Sadəcə necə olubsa, alıcının bizim marketdən aldığı saç boyasının saxlama və bitmə vaxtı olmayan məhsul satılıb. Həmin məhsula nəzarət edən satıcını cəzalandırmışıq. Qaldı ki, məhsulun saxlama müddətinə müdaxilə edilməsinə bu mümkün deyil."

Maraqlı məqam isə ondan ibarətdir ki, Nəsimi rayonu Xan Şuşunski ərazisində yerləşən BAZARSTORE Mağazalar Şəbəkəsinin Məhsulların Keyfiyyətinə Nəzarət şöbəsi ərzaq və qeyri-ərzaq məlullarını qəbul edərkən niyə həmin məhsulların saxlama və bitmə vaxtını yoxlamır?

Əgər yoxlayıb mağazanın rəhbərinə deymirsə, niyə bununla bağlı tədbir görülmür? Təsəvvür edin saç boyalları hələ qeyri-ərzaq məsuludur, görün ərzaq məhsulları yoxlansa nələr aşkar olunar.

Düşünürük ki, yaxın günlərdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti  Nəsimi rayonu Xan Şuşunski ərazisində yerləşən BAZARSTORE Mağazalar Şəbəkəsində yoxlama aparacaq. 

8261b3ae-44fa-4348-830e-38ac6f7bec242ba0300b-705c-45ca-bce2-1371777067b1

Onu da qeyd edək ki, vətəndaşlar keyfiyyətsiz malların satış ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat verə bilərlər.

Azər Təmkin