Demokratiya yolu tutan posst-sovet respublikaları Rusiyanın düşməni olur

20:01 09-06-2021 216

Zaman keçdikcə bölgəmizin geosiyasi vəziyyəti adama daha aydın görünür. Kim düşünə bilərdi ki, Rusiya müvəqqəti də olsa Ermənistanın arxasından çəkiləcək, yaranmış belə bir tarixi fürsətdən istifadə edən Azərbaycan Türkiyənin də hərtərəfli dəstəyi ilə işğal altında olan torpaqlarının əhəmiyyətli hissəsini geri qaytaracaq. Onu da deyim ki, rus və erməni hakimiyyətləri arasındakı  gərginlikdən yaranan tarixi şəraitdən istifadə edən Azərbaycan doğru edərək öz qanı bahasına torpaqlarını azad etdi. Necə ki vaxtıilə ermənilər də buna oxşar şəraitlərdən istifadə edib ərazilərimizi işğal etmişdilər.

Rusiyanın Ermənistana qarşı belə "etibarsızlığının" səbəbini siyasi prosesləri diqqətlə izləyən insanlar yaxşı bilirlər. Rusiya elə bir ölkədir ki, onun üçün daimi dost yoxdur, daimi maraqlar var. Azərbaycanda belə bir fikir üstünlük təşkil edir ki, ruslar və ermənilər hər ikisi xristian olduğu üçün, ermənilərin bu bölgəyə ruslar tərəfindən gətirildiyinə və.s səbəblərdən Rusiya əbədiyyətə qədər Ermənistanı tək qoymaz. Amma proseslər göstərir ki, rusları nə xristianlıq nə də hansısa başqa bir səbəb o qədər də maraqlandırmır. Onları ən çox özlərinin imperiya maraqları düşündürür. Nəzəri cəhətdən düşünmək olar ki, sabah Ermənistan "yolunu azaraq" Qərbə doğru getsə, əmin ola bilərsiniz, bu halda ruslar bizi "müdafiə" edərlər. Bir şərtlə ki, Azərbaycan onların dediyi "yolla" gedə... Ruslar üçün "qırmızı xətt" postsovet respublikalarının müstəqil olaraq Qərbə üz tutmasıdır!

 DEMOKRATİK YOL TUTARAQ DÜNYAYA İNTEQRASİYA ETMƏK İSTƏYƏN BİR POST-SOVET RESPUBLİKASI VƏ HAKİMİYYƏTİ XRİSTİAN DA OLSA, RUSLAR ÜÇÜN DÜŞMƏN-DİR!  BUNUN ƏKSİNİ EDƏNLƏR İSƏ MÜSƏL-MAN DA OLSA, QARDAŞDIR!

Hazırda Ermənistanın xalq tərəfindən seçilmiş başçısı N.Paşinyana və onun iqtidarına olan münasibət yuxarıda dediklərimizi bir daha sübut edir. Onu da deyim ki, rusların belə münasibəti ilk deyil. Canlı şahid olaraq, rusların yenicə yaranmağa başlayan Azərbaycan könüllü hərbi birləşmələri ilə əməkdaşlıq edib, Qazax rayonu ərazisindən hərbi helikopterlərlə Ermənistan ərazisinə zərbə endirdiyini görmüşəm. Həmin vaxt da ermənilər indi olduğu kimi, bir az rusların "qırmızı xətt"ini taptalamışdı. Bir sözlə,  bu regionda demokratik yolla seçilən hakimiyyətləri və rəhbərləri ruslar sərbəst buraxmaz. Bunu vaxtıilə Gürcüstanda Z. Qamsaxurdia və M. Saakaşvili, Azərbaycanda Ə. Elçibəyin talelərinə baxmaqla daha aydın görmək olar. ZAMAN GƏLDİ, Ə.ELÇİBƏYİ HAKİMİYYƏTDƏN DEVİRMƏK ÜÇÜN KƏLBƏCƏRİ İŞĞAL EDİB ERMƏNİSTANA TƏHVİL VERƏN RUSİYA, PAŞİNYANI DEVİRMƏK ÜÇÜN KƏLBƏCƏRİ ÖZ ƏLİ İLƏ AZƏRBAYCAN ORDUSUNA TƏSLİM ETDİ !!!

Bəli, bu açıq - aydın bir həqiqətdir ki, ruslar özlərinin maraqları naminə Ermənistanın vasitəsi ilə Azərbaycanı, bəzən isə əksinə, Azərbaycanın vasitəsi ilə Ermənistanı "cəzalandırır". Hər iki halda da özlərinin maraqlarını güdürlər.

RUSİYA HƏM DƏ, AZƏRBAYCAN - ERMƏ-NİSTAN MÜHARİBƏ-SİNDƏN,  BÖLGƏYƏ GƏLMƏSİ EHTİMAL OLUNAN DEMOKRA-TİYAYA QARŞI ƏKS VASİTƏ KİMİ İSTİFA-DƏ EDİR!!!

 Ramil Carciyev