Gedişi gəlişindən betər...

20:02 09-06-2021 324

Onu anlayan üzüsulu gedər...

 Elə dəyərlər var ki, onlar heç zaman öz qiymətini itirmir, min il keçsə də ...

Bəli, min il öncə baş verənlərin, yaşananların hamısını təfərrüatına qədər bilməsək də, əlahəzrət zaman onu yaddan çıxmağa qoymadı.

Elə bugünümüzdə baş verənlərin min il sonra unudulmayacağına bəslənilən ümid və inam da böyükdür. Min il öncədən fərqli bir inkişaf tempini, yəni texniki inqilabları da bu məqamda xüsusi olaraq vurğulamalıyıq. O üzdən, qoca tarixi, hər şeyi yerli-yerinə qoyan ilahi ədaləti və nəhayət ki, bir xalq olaraq bizə qarşı göstərilən münasibəti unutmamaq yaddaşını nəzərə alsaq, min il sonranın mənzərəsini elə indidən görmək mümkündür...

Dəyərlər də öz yerində, onu dəyərli bir ömür yaşamaqla, yaddan çıxarmamaqla öz qiymətində saxlamaq olar. Necə ki, bizə qədər yaşayıblar, örnək olublar, davamında onu yaşatmışıq, estafetə çevirmişik və bundan sonra da gələcəyə ötürməliyik.

Dəyər deyilən və bizi başqalarından fərqləndirən məfhumlar da bizimlə yol yoldaşı olaraq addımlamaqdadır. Məğzində məhz dəyər daşıdığından...

Fəqət elə toplumlar var ki, onlara qarşı hər hansı dəyər göstəricisi sərgiləmək insanın özünün qiymətdən düşməsinə səbəb ola bilər. Baxmayaraq ki, beynəlxalq humanizm deyilən anlayışı da bu məqamda nəzərimizə çatdıra bilərlər.

Hər halda, uzaq deyil, son dönəmlər baş verən hadisələr hər kəsə qarşı birmənalı şəkildə humanist mövqedən yanaşmamağı diqtə edir. Belə münasibət sərgilənməli, layiq olduqlarını görməli olanların ilk adı da ermənidir.

Dəfələrlə bəhs etsəm də, onlar haqqında təəssüf ki, daha çox yazmağa ehtiyac var. Və bu ehtiyac, bir daha təəssüf, müsbət anlamda deyil, özlərinin mahiyyətlərinə uyğun olaraq, dünyaya, az qala, bəşəriyyətə qarşı mənfi məramlarından doğur. Ta ki, dünya da onların əsl simasını, məqsəd və məramını görsün, duysun, anlasın...

Biz onlara nə xalq, nə də millət deyirik. Xalq və millət adına layiq olanlara toxunar, bu adın dəyərdən düşməsinə səbəb olar deyə...

Layiqdirlər buna. İllərlə, əsrlərlə onlara təmənnasız verdiklərimizin qarşılığında düşmənçilik simalarını itirmədilər, çünki. Bu minüzlü sifətə əbədi sadiq qaldılar...

Bizlərsə... Eh, bizlər dünyanın qəbul etmədiyi bir toplumu özümüzlə bərabər səviyyədə gördük. Onları endirmədik, aşağılamadıq, hələ də qalan qaraçı mahiyyətlərinə rəğmən, onları köçərilikdən xilas etdik...

Onlarsa, elə adlarına uyğun, oğurluqla, quldurluqla vandallığa, işğalçılığa keçid etdilər. Öncə onlara yaşamağa, köçərilikdən, sərsərilikdən qurtulmağa rəvac verən torpaqlarımızın adını dəyişdilər. Yalançı, saxta, qondarma adlarla əzəli torpaqlarımızı erməniləşdirdiklərinə inandılar. Bu müvəqqəti cəhdi əbədi bildilər. Torpaqlarımızda qonaq olduqlarını unutduqları kimi, milli mədəniyyətimizə də əl uzatmağa cəsarət etdilər. Qədimi musiqi alətlərimizi, musiqilərimizi, rəqslərimizi, dünyada tanınan milli mətbəximizin ləziz nümunələrini və s. öz mənfur adlarına çıxdılar...

Belə-belə, tarixdən məhrum olanlar köç arabalarının cırıltılı təkər səsinin dünyanın yadından çıxdığını, yaddaşından silindiyini güman edərək özlərinə ad da tapdılar. Bu adla xalqlar və millətlər arasında imza qoymağa çalışdılar. Dünyaya səpələnməklə havadarlar toplamağa, tərəfdarlar yığmağa başladılar.

Özləri kimilərin ətrafında güclü, qüdrətli olduqlarını göstərmək istədilər...

Amma maraqlıdır ki, bütün bu yalançı təntənənin müqabilində, hər hansı yerdə bizlərdən biriylə rastlaşan kimi, “sizə düşmən deyilik, biz sadə ermənilərik” deyərək, maskalandılar, gücü-qüdrəti anındaca qorxaq mahiyyətlərinə dəyişən bir məxluqa çevrildilər...

İndi həmin məxluqlar yenə də adlarına və simalarına uyğun, müvəqqəti məskən-məkanlarında “yaşamaqdadırlar”. Bir-biriylə çəkişərək, başdanxarab nazirləri tərəfindən döyülərək, su üzündə köpük kimi var olmaqdadırlar - sözün əsl mənasında, varlıqdankənar şəkildə...

Sayları bəlli, niyyətləri məlum bu toplumun yer üzündə nədən hələ də yaşamasına imkan verildiyi bilinmir. Çünki məram və məqsədi oğurluq tarixdən, yəni saxta keçmişdən, bugünü işğalçılıqdan, terrorizmdən, vandallıqdan, qatı hərbi cinayətkarlıqdan və s. çoxsaylı murdarçılıqdan ibarət olan bir toplumun dünyamız üçün hansı gələcəyi düşündüyünü güman və ehtimal etmək çətin deyil. Gələcəyimizi də sülh və rifah içində görmək istəyiriksə, düşünməyə dəyər...

Dəyərlər də belədir, adı mahiyyətinə uyğundursa, yaşayacaq, min il ötsə də...

Bəzisi onu qəbul edib, bəzisi də görməzlikdən keçsə də...

Adı mahiyyətindən doğan bir toplum tariximizi oğurlasa da, torpağımıza hər zaman, əsrlər boyu göz diksə də, sayımızı nə qədər azaltmağa çalışsa da, ilahi ədalət ona öz yerini göstərir və göstərəcək...

Bu göstərişdən nəticə çıxarmasa, basdırdığı minaların, xəritələrini gizlətdiyinin üzərinə özü ayaq basmalı olacaq.

Köçün gəlişi varsa, qayıdışı da baş verir axı, adətən...

 Nigar Orucova