Şirvan şəhərinin Bayramlı qəsəbəsi çirkab içində üzür

20:15 09-06-2021 387

Qarabağ müharibə veteranı Prezidentə müraciət etdi

 Şirvan şəhər Bayramlı qəsəbə sakinlərinin bizə göndərdiyi, özündə Bayramlı qəsəbəsini ağuşuna almış zibillikləri əks etdirən yazını sizə təqdim edirik.

Qəsəbə sakini Eyvaz Yahya oğlu videoyazıda əvvəlcə Şirvan şəhərində 14 il icra başçısı işləmiş Mərdan Camalovun korrupsiya ilə məşğul olmasına və şəhərin hər bir idarə, müəssisə və təşkilatından aylıq rüşvət yığmaqla var-dövlət sahibinə çevrilməsindən bəhs edir. Bayramlı qəsəbəsinin pis vəziyyətə düşməsinə şərait yatatmasından, iri biznes şəbəkəsinə malik olmasından yazır. M. Camalovun bu cinayətkar, antidövlət və antimilli hərəkətlərinə görə, şirvanlıların dərin nifrətini qazandığını bildirir. Rayon sakinindən aldığımız məlumata görə, rüşvət və korrupsiya vasitəsilə gazırda Zərdabı da pis kökə salan Mərdan Camalovun adının DTX-nın siyahısında ön sırada dayanmalı olduğunu iddia edir.

Hazırda Şirvan şəhər icra hakimiyyətinin başçısı vəzifəsində çalışan İlqar Abbasovun isə bundan əvvəl Bakı şəhərinin Suraxanı rayonunda 16 il icra başçısı vəzifəsində işlədiyini, sonra Şirvana başçı təyin olunduğunu qeyd edir. Suraxanıda torpağın hər metrini belə satan, rüşvətlə yazdığı hər bir sərəncamı İlqar Abbasova külli miqdarda pul, sərvət qazandırdığını yazır. Şikayətçi yazıda başçının Suraxında işlədiyi müddətdə korrupsiya və rüşvətlə var-dövlət, iri biznes şəbəkəsinə sahib milyonerə çevrildiyini bildirir.

Ramiz Mehdiyevin kadrları sırasında yer alan İlqar Abbasovun Şirvan şəhərinə icra başçısı təyin olunandan sonra rüşvət çarxının sürətini xeyli azaltdığını bildirən müharibə veteranı Bayramlı qəsəbəsinin çirkab içində batdığını əks etdirən videonu çəkib bizə göndərib. Qəsəbənin acınacaqlı durumu videodan aydın görünür və təsdiq edir ki, Şirvanın icra başçısı İlqar Abbasov Bayramlı qəsəbəsində və Şirvanda təmizlik, tikinti, quruculuq işlərinə əhəmiyyət vermir və Ramiz Mehdiyevin həbs olunmuş kadrı kimi, həbs olunacağı məqamı gözləyir.

Buna görə də Şirvan əhalisi icra başçısının fəaliyyətsizliyindən çox narazıdır. Şirvan şəhərinin Bayramlı qəsəbəsinin sakini, müharibə veteranı Eyvaz Yaya oğlunun çəkib redaksiyamıza göndərdiyi, qəsəbəni cənginə almış zibillikləri özündə əks etdirən videonu izlədikcə adam gözlərinə inanmır.

Şirvan şəhər Bayramlı qəsəbə sakini, Qarabağ müharibə veteranı Eyvaz Yaya oğlu videoda Şirvan şəhərində və qəsəbədə yaranmış olduqca təhlükəli durumu aradan qaldırmaq məqsədilə ölkə Prezidentinə və Birinci vitse- prezidentə müraciət edir.

 Mahir Abbaszadə